“İnvest-AZ” investisiya şirkəti 2017-ci ili 341 min manat xalis mənfəətlə başa vurub.
FED.az şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2016-cı illə müqayisədə 36,1% azdır.
Ötən il “İnvest-AZ”ın gəlirləri 2,859 milyon manat, xərcləri 2,007 milyon manat, məzənnə fərqindən xalis zərəri 360 min manat, əsas vəsaitlərin satışından gəliri 38 min manat, mənfəət vergisi ödəmələri isə 189 min manat mənfəət təşkil edib.
Bu il yanvarın 1-nə investisiya şirkətinin aktivləri 6,89 milyon manat olub ki, bu da illik müqayisədə 9,5% azdır.
Hesabat dövründə “İnvest-AZ”ın öhdəlikləri 15,4% azalaraq 5,719 milyon manat, balans kapitalı isə 37,3% artaraq 1,171 milyon manat təşkil edib.