İlin əvvəlindən indiyədək Gürcüstan milil valyutası olan larinin (GEL) məzənnəsi manat qarşısında ucuzlaşıb. FED.az xəbər verir ki, Gürcüstan larisi fevralın 1-də 0.6404 manat olduğu halda mayın 24-nə bu göstərici 4.30% azalaraq 0.6128 manat təşkil edib.
Xatırladaq ki, bir müddət öncə larinin dollar qarşısında sürətlə ucuzlaşması ölkədə müəyyən təşviş yaradıb.
Eləcə də bax: Sterlinq May-ın istefasından sonra - BAHALAŞIB
Məsələ ilə bağlı açıqlama verən Gürcüstanın maliyyə naziri İvane Maçavariani larinin ucuzlaşmasında qeyri-adi heçmnə görmədiyini və bunun qısamüddətli tərəddüd olduğunu bildirmişdi.
Nazir larinin ucuzlaşması ilə bağlı təşvişə ehtiyacın olmadığını qeyd edərək bunun bütün ölkələr üçün xarakterik olduğunu deyib: “Qısamüddətli tərəddüdlər bütün, xüsusən də kiçik iqtisadiyyata malik inkişaf etməkdə olan ölkələr üçün xarakterikdir”.
İ.Maçavariani milli valyutanın məzənnəsinin dəyişməsinin biznesə mənfi təsir etməsi ilə bağlı fikirlərin yanlış olduğunu qeyd edib.