Bitkoin və onunla yanaşı digər kriptovalyutalara tələbat hər gün artdığına görə, onların sürətli qiymət artımı bundan sonra da davam edəcək. FED.az xəbər verir ki, bu barədə Bakıda blokçeyn texnologiyalarına həsr edilən konfransda türkiyəli kriptovalyutalar üzrə mütəxəsis Gürkan Kandemir məlumat verib. Onun sözlərinə görə, ötən il 600 dollar olan, bu il isə artıq 8300 dolları keçən bitkoinin sürətli bahalaşması ona ödəniş vasitəsindən çox yatırım aləti kimi yanaşmağa səbəb olub: «İnsanlar bu alətin bahalaşdığını və bahalaşmanın davam etdiyini görərək ona yatırım etməyə çalışırlar».
G.Kandemir bildirib ki, hazırda dünyada kriptovalyutaların çoxlu sayda növlərindən istifadə edilir. Onların bəzilərini müxtəlif dövlətlər dəstəkləyirlər.
Mütəxəssis bitkoinlə bağlı risklərin olduğunu da bildirib. Onun sözlərnə görə, sahədən kifayət qədər məlumatı olmayan və bazarı təhlil edib izləyə bilməyən şəxslər bu sahədə zərərə düşə bilərlər.
Tədbirdə Ukrayna və Türkiyədən olan ekspertlər blockchain texnologiyası, mining, kriptovalyutalar, birjalarda ticarət, yatırım networku barədə çıxışlar ediblər.