Səudiyyə Ərəbistanının milli neft şirkəti - "Saudi Aramco"un səhmlərinin kütləvi tədavülünə (IPO) dəstəklə bağlı rəsmi Ər-Riyadın bölgədəki müttəfiqlərinə etdiyi müraciətə Küveyt müsbət cavab verib.
FED.az xəbər verir ki, bu ölkə 1 milyard dollarlıq səhm almaq niyyətindədir.
Məlumata görə, Küveytin investisiya təşkilatı bu addımı doğru hesab etməsə də, hökumət sözügedən investisiyanın strateji maraqlara uyğun olduğunu bildirib. Bundan sonra Birləşmiş Ərəb Əmirlikləri də "Saudi Aramco"nun səhmlərinə 1,5 milyard dollar pul qoyacağını açıqlayıb.
Xatırladaq ki, dünyanın ən böyük şirkətlərindən biri səhmlərinin 1,5%-ni satmaqla 25 milıyard dollar gəlir əldə etməyi planlaşdırır.
Eləcə də bax: Dünyanın ən böyük neft şirkətinin - SƏHMLƏRİ SATIŞDA - «XALQA AÇILIR»
Report