1 mart 2022-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Finca Azərbaycan" QBKT MMC -nin ümumi dəyəri 3 milyon manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.
Birjadan FED.az-a daxil olmuş məlumata görə, 29 mart 2022-ci il tarixində "FİNCA AZƏRBAYCAN" QBKT MMC-nin istiqrazlarının yerləşdirilməsi Bakı Fond Birjasında birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.
Faizli təmin edilməmiş sənədsiz adlı istiqrazların sayı 3 min ədəd, hər birinin nominal dəyəri 1000 manat, illik faiz dərəcəsi 12,5%, kupon faizlərin ödəniş müddəti hər 3 aydan bir, tədavül müddəti 2 ildir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.