ABŞ-da avqustda kənd təsərrüfatı xaric məşğulluq 201 min artaraq proqnozu aşıb.
FED.az xəbər verir ki, proqnoz 190 min idi. Əvvəlki ayın göstəricisi 157 mindən 147 minə dəyişdirilib.
Avqustda işsizlik 3,9 % səviyyəsində olub. Proqnoz isə 3,8% idi.
Saatlıq maaş aylıq müqayisədə 0,4 % artaraq 0,2%-lik proqnozu üstələyib. Əməkhaqlarında illik müqayisədə artım isə 2.9 faiz olub. Proqnoz 2.7 faiz idi.
Faktların proqnozları üstələməsilə Dollar bahalaşamağa başlayıb. Bakı vaxtı ilə saat 17:00-da Avro/Dollar məzənnəsi 1.1552 səviyyəsinə düşüb. Dollar Avro qarşısında 0,5% dəyər qazanıb.
Güclü rəqəmlər, Fed-in sentyabrda baş tutacaq toplantısında və dekabrda faiz artıracağı ehtimalını yüksəldib.
Kritik məlumat açıqlandı - DOLLAR BAHALAŞIR
20:19
7 Sen 2018