Kriptovalyutaların populyarlaşması nəticəsində bu sahədə əməliyyatların sayı və buraya yatırılan vəsaitlərin həcmi artmaqdadır.
Eləcə də bax: Azərbaycanda bitkoin alıb-satanlardan vergi tutulacaq - VERGİ XİDMƏTİ
Belə vəziyyətdə Bitkoin, Eterium və digər koinlərə yatırım edən investorların qayğılarından biri də kriptovalyutaların etibarlı saxlanmasıdır.
FED.az xəbər verir ki, hazırda əksəriyyət öz koinlərini kriptobirjalarda saxlayır.
Amma bir qədər əvvəl «Binanse» birjası ilə bağlı araşdırmaların başlanması birjalarla bağlı risklərin olduğunu göstərdi. Məsələ bundadır ki, koin birjada olduğu müddətdə o faktiki olaraq investora məxsus deyil və istənilən an itə bilər.
Bunları nəzərə alanda kriptovalyutaları saxlamaq üçün nisbətən etibarlı 3 üsul aşağıdakıdır:
1. Kriptovalyutanı «soyuq pulqabında» saxlamaq
«Soyuq pulqabında» saxlanılan tokenləri sonradan sərfəli və anonim surətdə bazara çıxarmaq və ya nağdlaşdırmaq olar, bu zaman vasitəçilərin sayı da az olur. «Soyuq pulqabı» - tokenlərin internetdən ayrılmış variantda xüsusi qurğularda saxlanması deməkdir.
2. Kompüterdəki proqram
Əgər bitkoini saxlamaq üçün əlavə qurğu almaq istəmirsinizsə, onu kompüterdə JAXX kimi proqramlarda saxlamaq olar. Amma bu zaman kompüterdə lisenziyalı proqramın olması tələb olunur.
3. Mobil platformalar
Nəhayət, kriptovalyutanın saxlanması üçün üçüncü variant mobil platformalardır. Söhbət Crypto.com və Waves kimi platformalardan gedir. Burada koinləri mobil tətbiq vasitəsilə alıb-dəyişmək olar.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.