CoinMarketCap.com-a əsasən 07.07.2019 tarixinə kripto-birjalarda ticarət olunan rəqəmsal aktivlərin sayı 2320, ümumi bazar kapitalizasiyası isə 324 milyard dollardır. FED.az Kriptoinvestə istinadən xəbər verir ki, rəqəmsal aktivlərin insanlarda ən çox cəlb edən xüsusiyyəti texnoloji və innovativ xarakteri ilə yanaşı onların gətirə biləcəyi gəlirlərdir. Bu baxımdan 2019-cu ildə “Top 20”-də olan populyar kriptovalyutaların gəlirlilik səviyəsini analiz edək. Beləliklə, 07.01.2019 – 07.07.2019 dövrü ərzində (6 ay) investorlarına ən çox gəlir gətirən rəqəmsal aktivlər:
Cədvəldə diqqəti çəkən Egretia (EGT) 2019-cu ildə investorlarına ən çox gəlir gətirmiş rəqəmsal aktivdir. Qiyməti 6 ay ərzində 0.00036-dan 0.528 dollara qədər yüksəlib. Bu, 1466% gəlir deməkdir ki, dünyada heç bir maliyyə aləti bu qədər gəlir gətirə bilməzdi. Belə ki, əgər siz yanvar ayında 100 dollarlıq EGT almış olsaydız indi 1466 dollar qazancda olacaqdınız.
Etiraf etmək lazımdır ki, kriptovalyutaların böyük əksəriyyətinin yaradılmasının yeganə məqsədi qısa müddətdə spekulyativ üsullarla gəlirli maliyyə aktivinə çevrilməkdir. Bu tip kriptovalyutaları fərqləndirmək üçün ən sadə usul həmin aktivin bazar kapitalizasiyasına nəzər yetirməkdir. Bazar kapitalizasiyası nə qədər yuxarı olarsa həmin kriptovalyuta ilə bazarda manipulasiya riski bir o qədər az olur. Adətən bazar kapitalizasiyası 100 milyon dollara qədər olan rəqəmsal aktivlər daha riskli hesab edilir.