Bu gün kriptovalyutalar bahalaşıb. FED.az xəbər verir ki, ən böyük artım "Bitcoin Cash"də qeydə alınıb.
Bitkoinin qiyməti 5,23% bahalaşaraq 7 min 510 dollara satılır.
Ethereum 9,04% bahalaşıb və bu gün 573 dollara ticarət edilir. "Ripple" 10,89% qalxıb və 0,618 dollara, "Bitcoin Cash" isə12,93% bahalaşma ilə 1,008 dollara satılır.
Qeyd edək ki, hazırda bu bazarda ümumi kapitallaşma $330 413 382 811 təşkil edir. Beləliklə ötən bir gün ərzində kriptovalyuta bazarında kapitallaşma $23 700 665 220 artıb. Bunun $128 157 143 992 bitkoinin payına düşür.
Kriptovalyutalar bahalaşdı - QİYMƏT
09:20
30 May 2018