"Bloomberg", dünyanın ən böyük kriptovalyuta birjası "Binance"ın 2021-ci il gəlirlərini, spot və derivativ bazarlardakı ticarət həcmini və aldığı komissiyalara görə təsisçisinin təxmini sərvətini 95,8 milyard dollar olaraq hesablayıb. Belə ki, "Binance"in qurucusunun sərvətinin "Bitcoin"in ixtiraçısı sayılan Satoshi Nakamoto-nun sərvətindən 2 dəfə çox olduğu düşünülür.
Eləcə də bax: “PayPal” öz kriptovalyutasını - BURAXACAQ
FED.az xəbər verir ki, "Bloomberg"in indeksinə daxil etdiyi kripto-milyarderlər aşağıdakılardır
1. Changpeng Zhao - 95,8 milyard dollar
2. Satoshi - 45,8 milyard dollar
3.Sam Bankman-Fried - 15,4 milyard dollar
4. Brian Armstrong - 8,9 milyard dollar
5.Tyler and Cameron Winklevoss - 5,1 və 5,2 milyard dollar
6. Mike Novogratz - 5 milyard dollar
7. Fred Ehrsam - 3 milyard dollar
(Marja)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.