Son bir sutka ərzində, dünyanın əsas kriptovalyutası sayılan Bitcoinin qiyməti azalıb.
FED.az xəbər verir ki, Bitcoinin qiyməti bu gün 1,07% azalaraq 3 858 dollar olub.
Etherum və Bitcoin Cashin də dəyəri azalıb.
Etherumun qiyməti 5,40% azalaraq 102 dollar, Bitcoin Cashin qiyməti də 11,91% azalaraq 126 dollar olub.
Ümumilikdə isə bazar dəyərinə görə dünyanın 100 əsas kriptovalyutasından 17-i bahalaşıb qalan 83-ü isə ucuzlaşıb.
Hazırda kriptovalyuta bazarının ümumi dəyəri 122 833 228 327 $ -dır.
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir.
Kriptovalyuta bazarının ümumi dəyəri azalıb

09:42
6 Dek 2018