Qlobal kriptovalyuta bazarının kapitallaşması bu ilin mayından ilk dəfə olaraq 2 trilyon ABŞ dollarını keçib.
FED.az xəbər verir ki, son sutkada kriptovalyutaların bazar dəyəri 2,52 % artıb.
Məlumata görə, kriptovalyuta bazarının kapitallaşması “Bitkoin”in dəyərinin artması fonunda gedir. Onun qiyməti son sutkada 2,1 % artaraq 47 292 ABŞ dollarına çatıb.
Əsas kriptovalyuta 892 milyard ABŞ dollarlıq kapitallaşma ilə bazarın 43,8 %-nə sahibdir. Bu, hələ də bu ilin aprelində qeydə alınan 1,2 trilyon ABŞ dollarlıq tarixi maksimumdan xeyli aşağıdır. (Report)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür