Dünyada kriptovalyuta bazarnın ümumi həcmi ilk dəfə 2 trilyon dolları keçib – bu kriptovalyuta bazarı üçün indiyədək qeydə alınan rekord göstərici və mühüm psixoloji həddir.
FED.az xəbər verir ki,təkcə bitkoinin bazar kapitallaşması 1,1 trilyon dolları keçib. Bitkoin son bir neçə ayda görünməmiş artım göstərərək son bir ildə 8 dəfə (bir il əvvəl cəmi 7,3 min dollar idi), ilin əvvəlindən bəri isə 2 dəfə (yanvarın 1-də 29 min dollar idi) bahalaşıb. Son bir ayda isə bitkoinini qiyməti 50 min dollardlan aşağı düşmür.
Artımın səbəbi - kriptovalyuta bazarına təkcə fərdi investorların deyil, artıq institutsional investorların - müxtəlif fondların və iri şirkətlərin də vəsait yatırmasıdır. Bu – kriptovalyutaların etibarlılığına inamı artırır və onları tələbatı daha da yüksəldir.
Artımın digər səbəbi bazarı payına görə bitkoindən sonra ikinci olan – «Ethereum»un sürətli bahalaşmasıdır. Son bir ildə bu kriptovalyuta 12 dəfədən çox artaraq 171 dollardan 2123 dollara yüksəlib. Onun bazar kapitalizasiyası isə 24 milyard dollardan 244 milyard dollara çatıb. Bu bitkoin qədər olmasa da, onunla müqayisə olunan, eyni miqyaslı bir rəqəmdir.
İnvestorların kriptovalyutalara marağının artmasının daha bir səbəbi bir sıra məşhur şirkət və şəxslərin də bitkoinə vəsait yatırması olub. Belə ki, fevralın əvvəlində İlon Maskın şirkəti «Tesla» 1,5 milyard dollarlıq bitkoin alıb. Twitter sosial şəbəkəsinin rəhbərliyi isə işçilərinə əmək haqqını və partnyorlarına ödənişləri bitkoinlə verəcəyini elan edib.
«Ethereum»un bahalaşmasına «Visa».ödəniş sisteminin qərarı səbəb olub. Bu sistem ilk dəfə olaraq «Ethereum»dan istifadə etməklə kriptovalyuta tranzaksiyaları həyata keçirməyə başlayıb. Məşhur milyardçı Marka Kyuban isə bəyan edib ki, kriptovalyutalar əsl valyutalar kimi etibarlı olmağa başlayıb, onun özü pullarının 30%-ni efir tokenlərinə, 60%-ni isə bitkoinə yatırıb.