Dünyanın kriptovalyuta bazarında kütləvi ucuzlaşma davam edir.
FED.az xəbər verir ki, fevralın 3-nə olan nəticələrə görə, 100 əsas kriptovalyutadan yalnız 20-nin qiyməti bahalaşıb. Digər 80 kripto pul isə ucuzlaşıb.
Ən böyük kapitallaşmaya malik olan Bitkoin son sutka ərzində 280 dollar və ya 3,2% ucuzlaşaraq 8422 dollara enib.
Son bir həftə ərzində isə bitkoin 2691 dollar və ya 24,2% ucuzlaşıb.
Etheriumun qiymətində də ucuzlaşma qeydə alınıb. Belə ki, bu virtual pul son sutka ərzində 88 dollar və ya 9,2% ucuzlaşaraq 868 dollar olub.
Son həftə ərzində isə Etherium 186 dollar və ya 17,6% ucuzlaşıb.
Kriptovalyutalardan ən çox ucuzlaşma FunFair-də(22,22%), ən çox bahalaşma isə DigixDAO-da(23,48%) qeydə alınıb.
Kriptovalyuta bazarında ucuzlaşma davam edir - QİYMƏTLƏR
09:39
3 Fev 2018