Bitcoin bu gün investorlarını bir daha sevindirdi. Son günlərdə ardıcıl artımlarla gündəmə gələn BTC bu gün $111,247.88 səviyyəsinə çataraq yeni rekordunu müəyyənləşdirdi.
Maliyyə Nazirliyi ölkənin ən iri banklarında depozit yerləşdirib
FED.az xəbər verir ki, 19 may tarixində Bitcoin $105,000, 20 mayda isə $106,000 həddini keçmişdi. Dünən isə $107,000 səviyyəsi də arxada qaldı. Bugünkü sıçrayışla Bitcoin 24 saat ərzində 3.39%, son 7 gündə isə 8.37% artım göstərib. 2025-ci il üzrə ümumi illik artımı isə 19.11%-ə çatdırıb. Bitcoinin qiyməti saatlıq müqayisədə 0.12% azalsa da, ümumi tendensiya yüksəlişi qoruyur. Bu da o deməkdir ki, investorların inamı güclənməkdə davam edir.
Hazırda bazar dəyəri $2.21 trilyon olan Bitcoinin dövrüyyədə olan təklifi 19.86 milyon BTC təşkil edir. Yalnız son 24 saat ərzində $90.53 milyardlıq BTC əməliyyatı baş tutub ki, bu da bazarda ciddi aktivliyin göstəricisidir.
Kriptovalyuta sektorunun lideri olan Bitcoin bu artımla təkcə öz mövqeyini möhkəmləndirmədi, həm də bazara olan marağın hələ də yüksək olduğunu sübut etdi.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.