Bitkoinin dəyəri 300 min dollara yüksələ bilər.
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə “CNBC”yə verdiyi müsahibədə “BTCC” kriptobirjasının həmtəsisçisi və keçmiş icraçı direktoru Bobbi Li bildirib.
Onun sözlərinə görə. bitkoin yayda 100 min dollar həddini aşacaq və bu ilin sonunda 300 min dollara yüksələcək. Lakin böyümə mərhələsində bitdikdən sonra yenidən “qış” gələcək və köpük partlayacaq. Linin fikrincə, azalma bir neçə il davam edəcək.
Qeyd edək ki, son bir ildə bitkoin təxminən 600% bahalaşıb. 2021-ci ildə valyuta bir neçə dəfə tarixi rekordunu yeniləyib: mart ayının ortalarında bitkoin 60 min dollar həddini keçib, kapitallaşması isə 1 trilyon dollara çatıb.