Qlobal kriptovalyuta bazarının ümumi kapitallaşması son 24 saatda 2,35% artaraq 3,08 trln. dollar səviyyəsinə yüksəlib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə “CoinMarketCap” platformasına istinadən xəbər verir.
Məlumata görə, bazarın ümumi dinamikasını əks etdirən CMC20 indeksi 2,55% artımla 191,32 bənd təşkil edib. Altcoin bazarında aktivlik nisbətən zəif olaraq qalır – Altcoin Season Index 25 bənd səviyyəsindədir.
Bazarın lideri olan Bitcoin son 24 saatda 1,69% artaraq 90 007 dollar. Həftəlik artım dinamikası isə 3% təşkil edib. “Ethereum”un qiyməti sutkalıq müqayisədə 3,53% artaraq 3 112 dollara bərabər olub.
Ən iri altcoinlər arasında XRP son 24 saatda 9,12%, Solana 4,37%, Dogecoin isə 12,05% artım nümayiş etdirib. Son 7 gündə Dogecoin üzrə artım 16,47%, Cardano üzrə isə 12,13% təşkil edib.
Analitiklər bazarda müşahidə olunan müsbət dinamikanı əsasən altcoinlərə artan maraq və ticarət həcmlərinin yüksəlməsi ilə əlaqələndirirlər (Apa).











