Bir neçə gündür 120 min dollar səviyyəsindən yuxarıda dayanan Bitcoin bu gün kəskin ucuzlaşıb.
Bu həftə səhmləri ən çox bahalaşıb-ucuzlaşan – 100 ŞİRKƏT, SİYAHI (6-10 oktyabr, 2025)
FED.az xəbər verir ki, hal-hazırda kriptovalyutanın qiyməti 112 513,78 dollar təşkil edir. Bu, son 1 saatda 0,41%, son 1 gündə 7,56%, son bir həftədə isə 8,2% azalma deməkdir. İlin əvvəlindən bu günə qədər isə Bitcoin-in qiymətində 20% artım qeydə alınıb.
Sadə hesabla bu o deməkdir ki, bir Bitcoin-in qiyməti son bir həftədə təxminən 10 min dollar dəyər itirib. Kriptovalyutanın bazar dəyəri hazırda 2,24 trilyon dollar, dövriyyədə isə 19,93 milyon Bitcoin var. Son sutka ərzində 181,9 milyard dollar həcmində Bitcoin alqı-satqısı baş tutub.
Eyni zamanda digər əsas rəqəmsal aktivlər də ucuzlaşıb. Ethereum (ETH) son 24 saatda 12,98%, BNB 13%, XRP isə 19,6% dəyər itirib.
Analitiklərin fikrincə, Bitcoin qiymətinin 120 min dollardan enməsi qısamüddətli korrektə olsa da, uzunmüddətli perspektivdə aktiv hələ də 100 min dolların üzərində sabit qala bilər.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.