Kriptovalyuta bazarının aparıcı oyunçusu olan Bitcoin, yüksək qiymət diapazonunda mövqeyini qorumağa davam edir.
Ferrum Kapital istiqrazlarının hərracı keçiriləcək - 12 AYA 14% GƏLİR
FED.az xəbər verir ki, bu gün Bitcoin 118 371 dollarlıq səviyyədə möhkəmlənib. Saatlıq dəyişmədə 0,19% azalma müşahidə olunsa da, sutkalıq artım 0,34%, həftəlik isə 6,62%-lik yüksəlişlə bazarda müsbət siqnallar verir.
Bitcoin-in ümumi bazar dəyəri hazırda 2 trilyon 354 milyard dolları ötərək, onu dünyanın ən dəyərli aktivlərindən birinə çevirib. İlbaşından bu yana isə kriptovalyutanın qiymətində 26,74% artım baş verib – bu da investorlar üçün ciddi bir gəlir potensialı deməkdir.
Daha maraqlısı isə 24 saat ərzində 71 milyard 268 milyon dollarlıq ticarət həcminin qeydə alınmasıdır. Təkcə bu göstərici belə Bitcoin-ə olan marağın nə qədər güclü olduğunu ortaya qoyur.
Hazırda dövriyyədə 19.89 milyon BTC var. Bu da maksimum 21 milyon ədəd olan ümumi Bitcoin təklifinin artıq təxminən 95%-nin bazarda olduğunu göstərir. Bu məhdudluq isə onun qiymətini daha da dəyərli edir və gələcəkdə defisit effekti yarada bilər.
Bir neçə gün öncə Bitcoin 121 min dolları keçərək tarixi rekorda imza atmışdı. İndi isə qiymət bu zirvəyə çox yaxın – yalnız 2-3 min dollar fərqlə – öz gücünü qoruyur. Ekspertlər bu sabitliyi yeni bir sıçrayışın öncəsi kimi qiymətləndirirlər.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.