Amerika-İsrail kripto kredit təşkilatı Celsius problemli dövrdən çıxa bilmək üçün çarəni işçiləri ixtisar etməkdə tapıb. Keçən ay müştərilərin pul çəkməsini dayandıran və maliyyə böhranı ilə mübarizə aparan şirkət 150-yə yaxın işçisini işdən çıxarıb.
Eləcə də bax: Ən böyük kriptovalyuta investisiya fondlarından biri - İFLAS EDİB
FED.az Banker.az-a istinadən xəbər verir ki, şirkətin LinkedIn-də rəhbər işçilər də daxil olmaqla təxminən 650 əməkdaşı var. Bu göstəricilərə baxsaq, ixtisarlardan şirkətin 23%-nin təsirləndiyini görürük.
Şirkət iyunun ortalarında baş verən qarışıqlıqdan sonra aktivlərin qoruma yollarını araşdırdığını bildirib.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.