Kriptovalyuta bazarında ən çox istifadə olunan kriptovalyutalaradan biri olan Ethereum (ETH) hazırda 4 445,46 dollar qiyməti ilə diqqət mərkəzindədir.
Bitcoin 110 min dollardan uzaqlaşır - QİYMƏT UCUZLAŞDI
FED.az xəbər verir ki, son bir saatda qiymətdə 0,17% artım olsa da, son 24 saat ərzində 5,52% azalma müşahidə olunub. Yeddi günlük göstəricilər isə müsbət istiqamətdədir, ETH bu müddətdə 5,09% bahalaşıb. İlin əvvəlindən bu günə qədər olan dövrdə Ethereum-un dəyəri 33,45% yüksəlib ki, bu da bazarda ən yaxşı nəticələrdən biridir.
Kriptovalyutanın ümumi bazar kapitallaşması 536,5 milyard dollarıa çatır. Son 24 saatda isə 63,7 milyard dollar həcmində alqı-satqı əməliyyatı aparılıb. Dövriyyədə olan Ethereum-un sayı isə 120,7 milyon ədəddir.
Mütəxəssislər hesab edirlər ki, Ethereum-un qiymətində artım davam etsə qiymət 5 min dollara çata və həmin sərhədi keçə bilər.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.