15 oktyabr 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "GL" ASC-nin ("Sizin Lombard" brendi) 2 milyon manatlıq istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
FED.az xəbər verir ki, istiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı: "GL" ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2037020289
İstiqrazların növü və forması: Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar
Ticarət üsulu/forması: Kütləvi/ Birqiymətli hərrac
İstiqrazların sayı: 2000 ədəd
İlkin ticarət qiyməti: 1000 manat
İstiqrazların buraxılış həcmi: 2000000 manat
İllik gəlirlilik faizi: 15%
Ödəmə Periodu: Faiz ödənişləri hər ayda bir dəfə(hər bir ayın 30(otuz) gün olduğunu qəbul etmək şərti ilə) ödəniləcəkdir
Tədavül müddəti: 7 il
Ticarətə buraxılma tarixi: Emitent tərəfindən bildiriləcək
Anderrayter: “İnvest-AZ İnvestisiya Şirkəti” QSC
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.