Ötən il Bakı Fond Birjasında (BFB) ümumilikdə 151 mln manat həcmində korporativ qiymətli kağızların (ipoteka istiqrazları istisna olmaqla) yerləşdirilməsi həyata keçirilib.
Eləcə də bax: Bakı Fond Birjası - 2020-ci ilin Hesabatını Verdi
FED.az Fonda istinadən xəbər verir ki, korporativ qiymətli kağızların 50 mln manatı səhm və 101 mln manatı isə istiqrazdır.
Məlumata görə, 2020-ci ildə ipoteka istiqrazları istisna olmaqla korporativ qiymətli kağızlarının ilkin bazarının dövriyyəsi 2019-cu illə müqayisədə 6,6 dəfə artıb.
Ümumilikdə, 2020-ci il ərzində “AzerGold”, “Kapital Bank”, “Ferrum Kapital”, “Bank BTB”, “BOKT Embafinans” kütləvi üsulla qiymətli kağız buraxılışları həyata keçirilib. (Report)