Sentyabrın 28-də Milli Depozit Mərkəzi (MDM) tərəfindən korporativ istiqrazlar üzrə ödənişlər həyata keçirilib.
MDM-dan FED.az-a bildirilib ki, “FINCA Azərbaycan” QBKT üzrə kupon ödənişi 93 min 750 AZN, “Unibank” ASC üzrə kupon ödənişi 22 min 950 ABŞ dolları təşkil edib.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.