Koronavirusa görə, bu il dünyada kofe satışları 2011-ci ildən bəri ilk dəfə azalıb.
FED.az xəbər veriri ki, bu barədə ABŞ-ın Kənd Təsərrüfatı Nazirliyi xəbər yayıb.
Koronaviruss səbəbindən kafe və restoranların bağlanması, hansı ki, kofe istehlakının 25%-ni təmin edir, bu sahəyə böyük zərbə vurub.
Amma hətta məhdudiyyətlərin aradan qaldırılmasından sonra da müştərilər iaşə müəssisələrinə getməkdən imtina edirlər. Sektorun zəif sürnətlə bərpa edilməsi kofe tədarükü sahəsindən asılı olan 125 milyon nəfərin maliyyə vəziyyətinə pis təsir edə bilər.
Braziliyanın ən byöük kafe şəbəkələrinrdən biri olan «Suplicy Cafes Especiais» artıq kofe aldığı fermerlərə ödənişləri dayandırmalı olub. «Citigroup»un proqnozuna görə, belə proseslərə görə, bu ilin ikinci yarısında arabika kofesinin qiyməti 10% azalacaq. Analitiklər bildirir ki, istehlakçılar qənaət etmək üçün daha ucuz olan döyülmüş kofe istehlakına keçəcəklər.