“Kontakt Home” əmtəə nişanının sahibi “ABC-Telecom” MMC istiqraz buraxmağa hazırlaşır.
Eləcə də bax: Azərbaycanda dövlət istiqrazlarının - Həcmi Artırılacaq
FED.az xəbər verir ki, bu barədə şirkətdən bildirilib.
Məlumata görə, söhbət hər birinin nominal dəyəri 1 000 manat olan 7 500 ədəd (7,5 milyon manatlıq) istiqrazdan gedir. Qiymətli kağızlar qapalı üsulla yerləşdiriləcək. Prosesin anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.
Şirkətdən FED.az-a bildirilib ki, istiqrazlar 1 illik buraxılır, illik gəlirliyi 10%-dir. Faizlər aylıq ödəniləcək. Emissiyanın məqsədi dövriyyədə vəsaitinin artırılmasıdır.
Xatırladaq ki, bu “ABC-Telecom”un ilk istiqraz buraxılışıdır.