Arabica qəhvəsi fyuçerslərinin qiyməti, ABŞ ilə Kolumbiya arasında ticarət gərginlikləri səbəbilə rekord səviyyəyə - 428,20 dollara yüksəlib.
Qəhvə qiymətləri kəskin arta bilər
FED.az xəbər verir ki, onsuz da qlobal təchizat problemləri ilə üzləşən bazar, bu siyasi gərginliyə həssas reaksiya göstərib.
ABŞ Prezidenti Donald Tramp, Kolumbiyanın deportasiya edilən miqrantları daşıyan iki hərbi təyyarənin enişinə icazə vermədiyi üçün ölkəyə tarif və sanksiyalar tətbiq edilməsini əmr etmişdi. Lakin Ağ Ev, tərəflər arasında razılıq əldə edildikdən sonra bu tədbirləri təxirə salıb. Bu hadisə, qəhvə bazarında onsuz da mövcud olan qeyri-müəyyənliyi artıraraq qiymətlərin rekord səviyyəyə çatmasına səbəb olub.
Dünyanın üçüncü ən böyük qəhvə istehsalçısı və Arabica qəhvəsinin ikinci ən iri təchizatçısı olan Kolumbiya, ABŞ-a idxal edilən qəhvə dənələrinin 20 faizini təmin edir. ABŞ Kənd Təsərrüfatı Nazirliyinin (USDA) verdiyi məlumatlara əsasən, Kolumbiyada hər hansı təchizat problemi qlobal qəhvə qiymətlərinin daha da yüksəlməsinə səbəb ola bilər.
Hərçənd təhlükə qısa müddət davam etsə də, bu, Arabica qəhvəsi fyuçerslərinin qiymətlərinə nəzərəçarpacaq təsir göstərib. Nyu-York birjasında fyuçerslər bazar ertəsi 0,9 faiz artıb. Mövcud qiymətlər isə ötən ilin eyni dövrü ilə müqayisədə 80 faizdən çox yüksəkdir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.