Həmişə dünyanı dəyişdirən adamlar mövcud olub, yarandığımız gündən bu adət-ənənə də davam edir. Bəlkə də, 2000-ci ilə qayıtsaq heç kim fikirləşməzdi ki, rəqəmsal valyutalar meydana gələcək və insanların marağına səbəb olacaq.
Blockchain verilənlər bazasının və dünyanı sözün əsl mənasında silkələyən bitcoinin yaradıcısı Satoshi Nakamotonun kim olduğu hələ də maraq doğurur. İşin elə maraqlı tərəfi də, 2008-ci ildə internetdə yerləşdirilmiş 9 səhifəlik “Bitcoin: A Peer-to-Peer Electronic Cash System” adlı onlayn pdf sənədində Bitcoini izah edən Nakamoto haqqında dəqiq məlumat heç harda yoxdur.
2007-ci ildə sistemin kodlarını yazaraq böyük bir kəşfin əsasını qoyan Nakamoto digər proqramçı dostları ilə birlikdə 2010-cu ildə bu sistemi inkişaf etdirməyə başladı. Lakin bir müddət sonra bitcoindəki fəaliyyətlərinin bir qismini Gavin Andersenə təhvil verərək layihədən ayrılma qərarı alır. Ayrılmadan əvvəl isə sistemdəki kodlar üzərində bir sıra dəyişiklikləri məhz özü edir.
2009-cu ilə ortalarında bu bitcoinlər üzərində elə güclü əməliyyatlar olmur, 17 dekabr 2017-ci ilə qədət bitcoinlə 19 milyard ABŞ dolları üzərində bir dəyər alınır ki, bu da Nakamotonu dünyanın 44-cü varlı insanı edə bilərdi.
Mən təklif edərdim ki, Nakamotonu daha yaxından tanıyaq. Əvvəlcə onu dəqiq qeyd edə bilərəm ki, Satoshi işlədiyi şirkətlərdə şəxsi məlumatlarını heç kimlə bölüşməyib. Lakin onun bank əməliyyatlarından biraz tanımaq olur. P2P Foundationdakı üzvlük profilinə baxsaq onun Yaponiyada yaşamış 37 yaşlı bir insan olduğu fikrinə gələ bilərik. Amma burda bir əmma var, bu adam Yaponiyada yaşayıbsa niyə bitcoinə daxil etdiyi kodları ingilis dilində yazmışdı? Söyləntilərə görə ingilis dilin ana dili kimi bilir və əsl ingilislər kimi danışır,bu fikirləri nəzərə alsaq onun Yaponiyadan olması ehtimalı azalır.
İsveçrəli bir proqramçı Stefan Thomas Nakamotonun 500-dən çox mesajını toplayaraq bir qrafik halına gətirib, nəticəyə görə Nakamoto üçüncü gün gecə saat 5-dən 11-ə qədər demək olar ki, heç bir mesaj yazmayıb. Bu proses şənbə və bazar da olduğuna görə belə qənatə gəlmək olar ki, o bu vaxtlar yatırmış. Əgər yuxarıdakıları ümumdünya vaxtına görə nəzərə alsaq deməli UTC (Universal Time Coordinated) 05:00 və UTC (Universal Time Coordinated) 06:00 saat fərqinə uyğun gələn bir ölkəyə istinat edir. Bu isə Amerika qitəsini bizə göstərir.
İnsan insana bənzəyər, bəs bu Satoshi Nakamoto kimə bənzəyir? Bu barədə bəzi jurnalistlər bir sıra isimləri ehtimal olaraq göstərirdi, amma ən əsas namizəd Dorian Nakamoto idi.
Dorian Nakamoto
Məşhur qəzetçi Leah McGrath Goodman, Newsweek jurnalında yerləşdirdiyi 6 mart 2014-cü ilə aid bir məqaləsində Kaliforniada yaşayan və əsl adı Satoshi Nakamoto olan, Dorian Prentice Satoshi Nakamoto’yu illərdir axtarılan Satoshi Nakamoto kimi təqdim edir. Onun bu barədə dəqiq məlumatları da var, Pomona’daki Cal Poly universitetində fizika üzrə təhsil alan bu şəxsin, kompüter mühəndisliyi və maliyyə xidmətləri üzrə iş təcrübəsi olduğunu qeyd edir.
1990-cı illərdə Dorian Nakamoto işdən ayrılır. Hətta Goodman bir dəfə onla müsahibəsi zamanı, o bitcoinin qurucusu olduğunu təsdiq edir, əlavə olaraq da deyib ki, “ Artıq o işlə maraqlanmıram, bitcoin söhbətlərindən bezmişəm. O artıq başqalarının işidir.” Bu məqalə qəzetdə dərc edildiyi zaman, digər medya şirkətlərinin marağına səbəb olur. Lakin sonrakı müsahibələrində Nakamoto bəlkə də maraq çəkmək üçün , bilərək Goodmanın Citibank üçün etdiyi araşdırma ilə əlaqədar onun sualını səhv cavabladığını deyir və bitcoinlə heç bir əlaqəsi olmadığını söyləyir.
O gündən sonra ilk dəfə olaraq saxta Nakamotonun P2P fondundakı hesabına belə bir mesaj gəlir. “Mən Dorian Nakamoto deyiləm” . Amma P2P fondu deyir ki, həmin hesab başqaları təfəfindən ələ keçirilməsin və Nakamotonun belə bir mesaj göndərmədiyinə inanır.
Hər nə qədər tapıla bilməsə də, ehtimallar hələ də davam edir. Bu ehtimallar içərisində nə qədər inkar etsə də Elon Musk da mövcuddur. Amma Nakamoto bizlə gizlənqaç oynasa belə, bu bir həqiqətdir ki, texnologiya tarixində yeni bir başlanğıcın əsasını qoymuşdu.