Bakı Fond Birjasında ticarət olunan bazarlar üzrə birja üzvlərinin dövriyyəsi açıqlanıb.
FED.az xəbər verir ki, 2018-ci il yanvar-may ayları üzrə 2,9 milyard manatlıq dövriyə ilə “Paşa Kapital İnvestisiya Şirkəti 1-ci yerdədir. Dövlət istiqrazları və korporativ istiqrazlar seqmentində bu şirkət liderdir.
2,5 milyard manatlıq dövriyyə ilə "Unicapital İnvestisiya Şirkəti" ikincidir. Şirkət xüsusən də törəmə maliyyə alətləri bazarında digər rəqiblərindən daha üstündür. Növbəti yerləri 2,3 milyard manatlıq dövriyyə ilə "İnvest-Az İnvestisiya Şirkəti" 2,2 milyard manatlıq dövriyyə ilə "AzFinance İnvestisiya Şirkəti", 692 milyon manatlıq dövriyyə ilə "Xalq Kapital İnvestisiya Şirkəti" və 280 milyon manatlıq dövriyyə ilə PSG Kapital İnvestisiya Şirkəti" tutub.