17 aprel 2024-cü il tarixində Bakı Fond Birjasında “Kapital Bank” ASC-nin AZ2008005152 dövlət qeydiyyat nömrəli, ümumi dəyəri 35 milyon ABŞ dolları həcmində olan, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının hər birinin tədavül müddəti 7 il , nominal dəyəri 100 ABŞ dolları olan istiqrazların yerləşdirilməsi yekunlaşmışdır.
Dolları olanlar üçün «Kapital Bank»dan istiqraz «bombası» - İLLİK 7%-LƏ DOLLAR İSTİQRAZI GƏLİR
FED.az xəbər verir ki, birjanın yaydığı məlumata görə, yerləşdirmə zamanı 104 investor tərəfindən 104 sifariş təqdim edilmişdir.
Hərrac qiyməti 100 ABŞ dolları olan sifarişlərin nominal qiymətlə ümumi məbləği 35 milyon ABŞ dolları təşkil etmişdir. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 35 milyon ABŞ dolları təşkil etmişdir.
İstiqrazların illik faiz dərəcəsi 7%, faiz ödəniş dövrü isə rüblük (hər 90 təqvim günün başa çatması tarixindən növbəti 3 iş günündən gec olmayaraq) təşkil edir.
İstiqrazların ödəmə tarixi 17 aprel 2031-ci ildir.
Yerləşdirmə üzrə anderrayter PAŞA Kapital İnvestisiya Şirkəti QSC-dir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.