Kakao fyuçerslərinin qiyməti tarixi maksimuma çatıb. Londonun ICE birjasında mart ayında kakao paxlasının birja qiymətləri yanvarın 17-də 0.22% artaraq bir ton üçün 3 727 funt-sterlinq (4 728 dollar) təşkil edib.
FED.az Banker.az-a istinadən xəbər verir ki, Nyu-York Ticarət Birjasında (NYMEX) yanvarın 17-də kakao paxlasının fyuçersləri 0.01% azalaraq bir ton üçün 4 429 dollara satılıb.
Kakao paxlasına tələbatın artması, digər amillərlə yanaşı, tədarük çatışmazlığı, dünyada kakao istehsalının azalması ilə bağlı narahatlıqlar və funtun dollara nisbətdə ucuzlaşması ilə bağlı olub.
Kakao bazarında qıtlığın üçüncü mövsüm ardıcıl olaraq davam edəcəyi gözlənilir. 2023-cü ilin sonunda Londonda ticarət zamanı kakao fyuçerslərinin qiymətləri 70% artaraq bir ton üçün 3 506 funt-sterlinqə çatıb ki, bu da 2008-ci ildən bəri ən böyük illik artımdır. Nyu-Yorkda fyuçers müqavilələri il ərzində 61% artıb.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.