Nyu-York birjasında kakao dənələrinin 1 tonunun qiyməti 9000 dolları keçib.
FED.az “Bloomberg”ə istinadla xəbər verir ki, bu qiymət kakao üçün tarixi maksimumdur. Bu məhsul həftə ərzində 5 faiz, il ərzində 50 faiz bahalaşıb. İlk dəfə olaraq kakao misdən baha satılıb.
Analitiklər qiymət artımını Qərbi Afrikadakı əlverişsiz hava şəraiti ilə izah edirlər. Məhsul qıtlığının yaxın aylarda şokolad qiymətlərinə təsir edəcəyi bildirilir (Azərtac).
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.