Amerikalı sahibkar Jeff Bezos qurduğu "Amazon" şirkətinin 50 milyona qədər səhmini bir il ərzində satmaq niyyətindədir; digər rəhbərlər onun təxminən 440 min qiymətli kağızını satacaqlar.
SOCAR, "AzerGold", "Baktelecom" və "AzTelekom" - ÖZƏLLƏŞDİRİLƏCƏK
FED.az xəbər verir ki, bu barədə ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası üçün korporasiyanın saytında dərc olunan illik hesabatda qeyd olunub.
Sənədə bildirilib ki, plan 2023-cü ilin noyabrında razılaşdırılıb. Plana əsasən J.Bezosun “müəyyən şərtlərə uyğun olaraq, 31 yanvar 2025-ci il tarixində bitən müddət ərzində "Amazon"un 50 milyona qədər səhmini satmağı” nəzərdə tutulur. Onların ümumi dəyəri qiymətli kağızların hazırkı qiyməti ilə təxminən 8,6 milyard dollar olacaq. (Trend)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.