11 iyun 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Kapital Bank” ASC-nin buraxılış həcmi 30 milyon ABŞ dolları olan istiqrazları premium bazar seqmentində listinqə daxil edilib.
"PAŞA Kapital" "Kapital Bank” ASC-nin istiqrazlarına abunə yazılışı - ELAN EDİR
FED.az xəbər verir ki, Birjanın yaydığı məlumatda bildirilir ki, qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir.
12 iyun 2024-cü il tarixindən başlayaraq 21 iyun 2024-cü il tarixinə kimi 5 iş günü ərzində "Kapital Bank” ASC-nin istiqrazları üzrə abunə yazılışı baş tutacaqdır.
İstiqrazlar üzrə yerləşdirmə 24 iyun 2024-cü il tarixində baş tutacaqdır.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı: "Kapital Bank” ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2010005158
İstiqrazın növü və forması: İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı
İstiqrazın sayı: 300,000 (ədəd)
İlkin ticarət qiyməti: 100 ABŞ dolları
Buraxılış həcmi: 30,000,000 ABŞ dolları
İllik gəlirlilik faizi: 7%
Ödəmə Periodu: Ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürülməklə) hər 90 (doxsan) təqvim gününün başa çatması tarixindən növbəti 3 (üç) iş günündən gec olmayaraq ödənilir
Tədavül müddəti: 7 il
Anderrayter: “Paşa Kapital İ.Ş” QSC
Ticarətə buraxılma tarixi: 24.06.2024
Ticarət üsulu/forması: Kütləvi/Abunə yazılışı