ABŞ və İsrailin İrana hücumlarından sonra Honkonqun maliyyə bazarları ilk ticarət sessiyasında geriləyib.
FED.az bzines və maliyyə xəbərləri portalı xəbər verir ki, əsas Hang Seng indeksi açılış zəngindən sonra 1,21% (322,46 bal) azalaraq 26,308,08-ə düşüb.
Digər fond indeksləri də azalıb.
Honkonqda siyahıya alınmış Çin qiymətli kağızlarının ümumi göstəricilərini ölçən Hang Seng China Enterprises indeksi 1,12% (99,26 bal) azalaraq 8,760,23-ə düşüb.
Eyni zamanda 30 böyük texnologiya şirkətinin səhm qiymətlərini ölçən Hang Seng Tech indeksi ən böyük faiz azalmasını müşahidə edib. O, 2,82% (93,45 bal) azalaraq 5,044,39-a enib.
Qeyd edək ki, İsrail və ABŞ 28 fevralda İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıblar (Report).












