Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən AZ2034008683, AZ2035008682, AZ2036008681 İSİN-li dövlət qeydiyyat nömrəli ipoteka istiqrazı üzrə 28 oktyabr 2024-cü il tarixində növbəti ödəniş aparılıb.
FED.az bunu BFB-yə istinadla xəbər verir.
Növbəti faiz ödənişi dövründə 3.00%-lik faiz gəliri 576.9231 manat məbləği əsasında hesablanacaqdır.
Bakı Fond Birjasında AZ2034008683, AZ2035008682, AZ2036008681 İSİN-li istiqrazı ilə ticarət edərkən istiqrazın baza qiymətinin 576.9231 manat olması nəzərə alınacaqdır.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.