12 dekabr 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu ASC–nin tədavül müddəti 7200 gün, nominal dəyəri 1,000 manat olan AZ2079008689 ISIN-li, 50 milyon manat həcmində olan istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.
FED.az xəbər verir ki, birjanın yaydığı məlumata görə, hərrac zamanı 1 investor tərəfindən 1 sifariş təqdim edilib.
İstiqrazın illik faiz dərəcəsi 3,25 %, faiz ödəniş dövrü isə 180 gündən bir (6 aydan bir) təşkil edir.
Hərrac qiyməti 1 000 manat olan sifarişlərin nominal qiymətlə ümumi məbləği 50 milyon manat olub. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 50 milyon manat təşkil eedib.
İstiqrazların ödəmə tarixi 29 avqust 2043-cü ildir.
Yerləşdirmə üzrə anderrayter “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.