13 yanvar 2025-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan İpoteka və Kredit Zəmanət Fondu ASC–nin buraxılış həcmi 50 milyon manat dəyərində olan istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
| Emitent | Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu ASC |
| İstiqrazın növü və forması | Faizli, ipoteka istiqrazları |
| Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ2094008680 |
| İstiqrazın sayı | 50,000 (ədəd) |
| İlkin ticarət qiyməti | 1,000 manat |
| Buraxılış həcmi | 50,000,000 manat |
| Hərrac qiyməti | 1,000 manat |
| İllik gəlirlilik faizi | 3% |
| Reallaşdırılmış həcmi | 50,000,000 manat |
| Sifarişlərin Ümumi həcmi (nominal qiymətlə) | 50,000,000 manat |
| İnvestor sayı | 1 |
| Sifarişlərin sayı | 1 |
| Ödəmə Periodu | 180 gündən bir (6 aydan bir) |
| İstiqrazların tədavül müddəti | 8640 gün |
| İstiqrazların ödəmə tarixi | 09.09.2048 |
| Anderrayter | “Unicapital İ.Ş.” ASC |













