31 iyul 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu ASC–nin tədavül müddəti 7200 gün, nominal dəyəri 1,000 manat olan AZ2074008684 ISIN-li, 30 milyon manat həcmində olan istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.
FED.az xəbər verir ki, birjanın yaydığı məlumata görə, hərrac zamanı 1 investor tərəfindən 1 sifariş təqdim edilmişdir. İstiqrazın illik faiz dərəcəsi 3%, faiz ödəniş dövrü isə 180 gündən bir (6 aydan bir) təşkil edir.
Hərrac qiyməti 1 000 manat olan sifarişlərin nominal qiymətlə ümumi məbləği 30 milyon manat olub.
İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 30 milyon manat təşkil edib.
İstiqrazların ödəmə tarixi 18 aprel 2043-cü ildir.
Yerləşdirmə üzrə anderrayter “Unicapital İ.Ş” ASC-dir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.