Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti 1 dekabr 2020-ci il tarixli qərarı ilə təsdiqlənən “Milli Depozit Mərkəzinin xidmət haqları”nda dəyişiklik edib.
FED.az xəbər verir ki, Milli Depozit Mərkəzinin məlumatına görə, Mərkəzi Bankın İdarə Heyətinin 2024-cü il 11 iyul tarixli 28/2 nömrəli Qərarına əsasən, kütləvi təklif üsulu ilə yerləşdirilməsi nəzərdə tutulan səhmlərin əldə edilməsi üçün investorlara depo hesablarının açılması zamanı xidmət haqqı tutulmayacaq.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.