İnvestisiya şirkətlərinin xalis mənfəətində azalma müşahidə edilib. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2025-ci ilin ilk yarısı ərzində investisiya şirkətlərinin xalis mənfəəti 67% (2.9 mln.manat) azalaraq 1.5 mln. manat olub.
FED.az bu barədə Mərkəzi Bankın Maliyyə Sabitliyi hesabatına istinadən xəbər verir.
İnvestisiya şirkətlərinin xalis mənfəətində azalmanı şərtləndirən əsas amillər artan haqq və komissiya, əmək haqqı və sosial xərclər, habelə, inzibati xərclər olub.