Bakı Fond Birjasında (BFB) ticarət olunan bazarlar üzrə birja üzvlərinin dövriyyələri açıqlanıb.
FED.az Birjaya istinadən xəbər verir ki, 26 milyard 603 milyon manat əməliyyat həcmi ilə “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC 1-ci, 20 milyard 867 milyon manat əməliyyat həcmi ilə "ABB İnvest İnvestisiya Şirkəti" QSC 2-ci, 3 milyard 29 milyon manat əməliyyat həcmi ilə "Assist Finance İnvestisiya Şirkəti" ASC 3-cü olub.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.