2025-ci ilin yanvar-noyabr ayları üzrə Bakı Fond Birjasının (BFB) üzvlərinin dövriyyələri açıqlanıb.
FED.az biznes və maliyyə xəbərfləri portalı xəbər verir ki, siyahıya “PAŞA Kapital" İnvestisiya Şirkəti başçılıq edir. Belə ki,
“PAŞA Kapital İnvestisiya Şirkəti” QSC 36 milyard 388 milyon manat dövriyyə ilə 1-ci,
"ABB İnvest İnvestisiya Şirkəti" QSC 28 milyard 445 milyon manat dövriyyə ilə 2-ci,
"CPM-İnvest İnvestisiya Şirkəti" QSC 4 milyard 282 milyon manat dövriyyə ilə 3-cü yeri tutub.
"Assist Finance İnvestisiya Şirkəti" ASC isə 3 milyard 320 milyon manat həcmlə dördüncü sırada yer alıb.
Siyahının növbəti 5-ci pilləsində yer alan "Unicapital İnvestisiya Şirkəti" ASC-nin əməliyyat həcmi 2 milyard 692 milyon manat təşkil edib.
Ölkənin ən aktiv investisiya şirkətlərindən olan "İnvest-Az" şirkəti isə 2 milyard 273 milyon manatlıq dövriyyə ilə siyahının 6-cı pilləsində yerləşib.












