Bu ilin yanvar-mart aylaarında “CFI Financial” QSC investisiya şirkətinin birja dövriyyəsi 7 milyon 134 min manata düşüb.
Birjadakı əməliyyat sayı dinamikası üzrə investisiya şirkətlərinin - RENKİNQİ - (YANVAR-MART/2026)
FED.az biznes və maliyyə xəbərləri portalı Bakı Fond Birjasına istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 169 milyon 632 min manat və ya 24,8 dəfə azdır.
2025-ci ilin birinci rübündə şirkətin birja dövriyyəsi 176 milyon 767 min manat olmuşdu.
Qeyd edək ki, hesabat dövründə “CFI Financial” QSC də daxil olmaqla 7 investisiya şirkətinin birja dövriyyəsində azalma müşahidə olunub.














