«İnvest.Az İnvestisiya Şirkəti»nin dövriyyəsi 8 dəfə artıb.
FED.az xəbər verir ki, 2023-cü ilin yanvar-dekabr aylarında şirkətin birja dövriyyəsi 586,3 milyon manat təşkil edib. 2022-ci ilin eyni dövrünə nisbətən şirkətin dövriyyəsi 8,4 dəfə artıb.
Bu dövrdə QSC-nin dövlət istiqrazları üzrə dövriyyəsi 105,4 milyon manat, korporativ istiqrazlar üzrə dövriyyə 12,7 milyon manat, repo əməliyyatları üzrə dövriyyəsi 466,4 milyon manat, səhmləri isə 1,6 milyon manat olub.
Cari ildə il « İnvest.Az İnvestisiya Şirkəti»nin dövlət istiqrazları dövriyyəsi 48,7 dəfə, repo əməliyyatları dövriyyəsi 40,8 dəfə artıb.
Bu il «İnvest.Az İnvestisiya Şirkəti»nin əməliyyatlarının sayı 2 824 ədəd təşkil edib.