“İnternational” bank olmayan kredit təşkilatı (BOKT) hər birinin nominal dəyəri 1000 manat olan 6 000 ədəd faizli, təminatsız, sənədsiz, adlı istiqraz emisiya edir.
FED.az xəbər verir ki, tədavül müddəti 60 ay olan istiqrazlar üzrә illik faiz dәrәcәsi 18% tәşkil edir.
Qeyd edək ki, tədavül müddəti ərzində istiqrazların geri satın alınması nəzərdə tutulmur.
BOKT “İnternational” ASC-nin nizamnamə kapitalının 100%-i 1 fiziki şəxsə Həsənov Rifat Vaqif oğluna məxsusdur. (Apa)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.