Amerikalı iş adamı, "Tesla" şirkətinin sahibi İlon Maskın sərvəti 700 milyard dolları keçib və bu göstərici ilə tarixə düşüb.
FED.az xəbər verir ki, bu barədə "Forbes" jurnalı məlumat yayıb.
Jurnal yazır ki, İlon Maskın sərvəti ABŞ-ın Delaver ştatının Ali Məhkəməsinin qərarı ilə bağlıdır. Belə ki, bir neçə ay əvvəl "Tesla" şirkətinin səhmdarları İlon Maska 139 milyard dollarlıq mükafat vermisdilər, amma yerli məhkəmə bə qərarı etibarsız saymışdı. İndi isə Ali Məhkəmə bu qərarı ləğv edib və iş adamına 139 milyard dollar mükafat qüvvəyə minib.
Nəticədə, İlon Maskın sərvəti rekord həddə - 749 milyard dollara çatıb.
Bundan əvvəl Mask sərvəti 600 milyard dolları ötən ilk insan adlandırmışdı. Bu, "SpaceX" şirkətinin səhmlərin alınması üzrə ictimai təklif elan etməsindən sonra baş vermişdi. Həmin prosesdə şirkət 800 milyard dollar dəyərində qiymətləndirilmişdi.











