İlon Mask sahibi olduğu Tesla avtomobil kompaniyasının səhmlərinin ucuzlaşması səbəbindən iyulun 20-də 20,3 milyard dollar itirib.
Tviterin reklam gəlirləri - 50% AZALIB
FED.az xəbər verir ki, Bloomberg indeksinə görə, bu, tarixdə yeddinci ən böyük azalma olub. Nəticədə İlon Maskın sərvəti 234,4 milyard dollara qədər azalıb. Tesla səhmlərinin 9,7 faiz ucuzlaşmasına səbəb sahibkarın açıqlaması olub. O deyib ki, kompaniya öz məhsullarının qiymətlərini aşağı salmağa davam etmək məcburiyyətində qala bilər.
İtkilərə baxmayaraq, amerikalı iş adamı dünyanın ən zəngin insanı olaraq qalır. Hazırda onun sərvəti reytinqin ikinci pilləsində qərarlaşan fransız milyarder, LVMH şirkətlər qrupunun sahibi Bernard Arnonun varidatından 33 milyard dollar çoxdur. (Azərtac)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.