20 iyun 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "ACCESSBANK” QSC-nin buraxılış həcmi 5 milyon manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.
FED.az xəbər verir ki, birjanın yaydığı məlumata görə, qeyd olunan istiqrazların yerləşdirilməsi 28.06.2024-cü il tarixində Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı: "ACCESSBANK” QSC
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2005004281
İstiqrazın növü və forması: İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı
Ticarət üsulu/forması: Kütləvi/Rəqabətli
İstiqrazın sayı: 5000 (ədəd)
İlkin ticarət qiyməti: 1,000 manat
Buraxılış həcmi: 5,000,000 manat
İllik gəlirlilik faizi: 10%
Ödəmə Periodu: İldə günlərin sayı 360(üç yüz altmış) və bir ayda günlərin sayı 30(otuz) gün olaraq götürülməklə hər 3(üç) təqvim ayından bir
Tədavül müddəti: 18 ay
Ticarətə buraxılma tarixi: 28.06.2024
Anderrayter: “ABB-İnvest İ.Ş” QSC