İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 30 milyon manat məbləğində istiqrazların yeni emissiyası və yerləşdirilməyi planlaşdırır.
AMB-dən FED.az-averilən məlumata görə, istiqrazların tədavül müddəti 7920 gün, illik faiz dərəcəsi 3% (kupon ödənişi hər 180 gündən bir) təşkil edəcək.
Hazırda İKZF-nin 1 milyard 670 milyon 66,002 manat məbləğində 2 milyon 55 min ədəd istiqrazı tədavüldədir.
İKZF 2022-ci ildə istiqrazların yerləşdirilməsindən 450 milyon manat cəlb edib (2021-ci illə müqayisədə artım 1,6 dəfə). 2023-cü ilin 10 ayı ərzində İKZF istiqrazların yerləşdirilməsindən 320 milyon manat cəlb edib.
Prezident İlham Əliyev 2017-ci il dekabrın 26-da “Azərbaycan İpoteka Fondu” ASC-nin ləğv edilməsi və İpoteka və Kredit Zəmanət Fondunun yaradılması haqqında fərman imzalayıb.
Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 150 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir. İlkin ödəniş 15-25% təşkil edir.
Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimum məbləği 100 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dən çox deyil. Müddəti 30 ilə qədərdir. İlkin ödəniş 10% təşkil edir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.